Suriya hadisələri İran-Qətər XİN-ləri arasında müzakirə edildi

Suriya hadisələri İran-Qətər XİN-ləri arasında müzakirə edildi

İran və Qətər XİN başçıları bir telefon söhbətində Suriyada baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Abbas Əraqçi bu gün (12 dekabr) Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Ali-Sani ilə telefon söhbətində sionist rejimin Suriyanın infrastrukturlarına hücumları və bu ölkənin daha çox ərazisini işğal etməsinin dayandırılması üçün səylər və ciddi addımlar atılmasının vacibliyini vurğulayıblar.

Məlumata görə tərəflər sionist rejimin Suriyanın infrastrukturlarına hücumlarının və bu ölkənin daha çox ərazisinin işğalının dayandırılması üçün ciddi səy və fəaliyyətin zəruriliyi vurğulanıb.  Həmçinin Suriya xalqının iradəsinə əsaslanan sabitliyin bərqərar olmasına və əhatəli siyasi sistemin formalaşmasına kömək etmək məqsədi ilə bu ölkədə baş verən hadisələrlə bağlı ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı müzakirə aparılıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır