Süni intellektdən “Maşa və Ayı” animasiyası ilə bağlı şokedici CAVAB – VİDEO

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” virtual səs assistenti artıq istifadəçilərə “Maşa və Ayı” cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir.

Bu barədə “Yandex” şirkətindən xəbər verilib.

Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndir və artıq məsələ həll olunub.

Qeyd edək ki, əvvəllər Maşanın niyə tək yaşadığını soruşduqda, “Alisa” cavab verirdi ki, qızcığaz öldürülmüş uşağın ruhudur, buna görə də böyümür və onu yalnız heyvanlar görə bilirlər. Valideynlər övladlarının itkisi ilə barışa bilməyərək, evi boş qoyub gediblər. Maşa isə ayıya ona görə işgəncə verir ki, qatili məhz odur.

Hazırda “Alisa”dan bu barədə soruşduqda üçüncü tərəf saytının versiyasını deyir. Buna əsasən, Maşa “Evdə Tək” filmində olduğu kimi valideynləri tərəfindən evdə unudulan uşaqdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi