Süni intellekt vasitəsilə Milli Qəhrəmanımızın görüntüləri canlandırıldı – VİDEO

Milli Qəhrəman Natiq Qasımovun illər öncə əsir düşərkən italyan müharibə fotoqrafı Enriko Sarsini tərəfindən çəkilən fotoları bu dəfə fərqli formada sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin şəkillər süni intellekt (Aİ) vasitəsilə hərəkətləndirilib.

Xocalıda Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda beş gün ac-susuz qalaraq təkbaşına döyüşən qəhrəmanın bu görüntüləri maraqla qarşılanıb.

Məlumat üçün deyək ki, onun həyat hekayəsi haqqında çəkilən “Oğul” sənədli filmi böyük rezonans doğurub.

Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir