Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq – FOTO/VİDEO

Dərin dəniz xəritələri hazırlayan “Magellan” şirkətinin tədqiqatçıları “Titanik”in qalıqları arasında gizli qalmış xəzinəni tapıblar. Məlumata görə, bu meqalodon (nəsli tükənmiş köpək balığı) dişli qızıl boyunbağıdır və onu 1912-ci ildə Titanik batdıqdan sonra heç kim görməyib.

“Magellan”ın sualtı aparatları ötən yay 200 saatdan çox vaxt sərf edərək gəminin 700 000 çəkilişini ediblər və onun 3D rekonstruksiyasını yaradıblar.

“Heç kim “Titanik”in iki hissədən ibarət olduğunu başa düşmür: burun və arxa hissə. Onların arasında sahəsi 8 kvadrat kilometr olan böyük bir dağıntı sahəsi var. Biz bu hissənin şəkillərini çəkə bildik. İşimiz o qədər təfərrüatlı idi ki, bu detalı görə bildik”, – deyə şirkətdən bildirilib.

Mövcud müqavilələrə əsasən, tədqiqatçılara artefaktlara toxunmağa icazə verilmir. Bununla belə, “Magellan” komandası ümid edir ki, onlar süni intellektdən istifadə edərək bir zamanlar sözügedən boyunbağını taxan şəxsi müəyyənləşdirə biləcəklər. Mütəxəssislər sərnişinlərin gəmiyə minməsi zamanı çəkilmiş görüntüləri təhlil etməyi planlaşdırırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi