Süni intellekt superbakteriyaya qarşı maddə kəşf edib

ABŞ-nin Massaçutes Texnoloji Universitetinin alimləri dərmanlara davamlı superbakteriyanı məhv edə biləcək birləşmələr sinfini kəşf etmək üçün dərin öyrənmə metodundan istifadə ediblər.

Metisillinə davamlı “Staphylococcus aureus” (MRSA) bakteriyası əleyhinə yeni maddə haqqında “Nature” jurnalında dərc olunan məqalədə məlumat verilir.

Tədqiqatçılar MRSA-ya qarşı 39 min birləşmənin antibiotik aktivliyi, eləcə də bu molekulların quruluşu haqqında məlumatların köməyi ilə süni intellekti öyrədiblər. Hansı altstrukturun mikrob əleyhinə aktivliyə görə cavabdeh olduğunu proqnozlaşdımaq üçün “Monte Karlo” axtarış alqoritmindən istifadə olunub. Bundan əlavə, alimlər bu molekulların üç fərqli insan hüceyrəsi növünə qarşı toksikliyini proqnozlaşdırmaq üçün əlavə modellərdən istifadə ediblər.

Maddi cəhətdən əlçatan olan təxminən 12 milyon birləşmə yoxlanılıb və MSRA-ya qarşı potensial aktivliyi olanlar müəyyən edilib. 280 molekul laboratoriyada bakterial mədəniyyətlərdə və iki dəri və sistem infeksiyası olan siçan modelində sınaqdan keçirilib.

Təcrübələr göstərib ki, bu birləşmələr bakteriyaların hüceyrə membranlarında elektrokimyəvi qradiyenti qoruyub saxlamaq qabiliyyətini pozaraq onları məhv edir. Eyni zamanda, hüceyrə membranları toxunulmaz qalır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi