Sumqayıtda ağır qəza, 13 yaralı var – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (Video izlə)

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Fövqəladə Hallar Nazirliy hadisə barədə məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini minik avtomobilindən və 2 nəfər sərnişini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  

Qəza nəticəsində ümumilikdə 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO