Sülhməramlılar Rusiyaya qayıdır (Video izlə)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.
Sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə – İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub. 
KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.
Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib. 

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır