Misir sərhədində 3 sionist hərbçinin həlak olması xəbəri ilə eyni zamanda sosial mediada sionist rejim əleyhinə yeni “Süleyman – yeni xatirə” adlı haştaq trendə çevrilib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ötən şənbə günü 3 sionist hərbçinin misirli hərbçi tərəfindən öldürülməsi xəbərindən sonra İsrail ordusu bəyanat yayaraq insidentin narkotik qaçaqmalçılıqla əlaqədar olduğunu elan etmişdi.
Amma bu bəyanata rəğmən, baş nazir Benyamin Netanyahu hadisənin təhlükəli adlandırararq üzərində tədqiqat işinin açıldığını və Misirlə birgə danışıqlara ehtiyacı olduğunu demişdi.
Sionist rejim telekanalı və Yadiut Aharanut qəzeti misirli hərbçinin işğal olunmuş Fələstinlə sərhəddəki divar dəliyindən deyil, hərbçilərə məxsus zəruri keçiddən keçərək sionist hərbçiləri kalaşnikov silahı və soyuq silahla öldürüdüyünü elan etmişdi.
Maraqlısı budur ki, misirli hərbçinin üzərində 6 daraqlı bir kalaşnikov silahı, bir bıçaq və bir Quran var imiş və bu hadisədən bilafasilə sonra sosial mediada “Süleyman – yeni xatirə” haştaqı trendə çevrilib.