Şükr namazı necə qılınır?

Qafqaztimes dini qrupu oxucularına şükr namazının qılınma qaydasını təqdim edir:

İnsanın dünya və axirət həyatının necəliyinin, onun xoşbəxtliyinin bağlı olduğu ən mühüm məsələ şükr məsələsidir. Allah-təala Qurani-Kərimdə buyurur:” Əgər şükr etsəniz, mütləq artıracam.”

Şükr etmək nemətlərin artmasına səbəb olur. Məsumlardan gələn hədisdə buyurulur: ” Əgər bəndə Allahın ona nemət verdiyi zaman şükr etsə, mütləq Allah həmin nemətdən daha artığını da verəcək.”

Şükr etməyin ən gözəl yollarından biri də şükr namazı qılmaqdır. Şükr namazı eynilə sübh namazı kimi qılınır. Həm ayaq üstə, həm də oturaq halda qılmaq olar.

Niyyət edərkən nə isə deməyə ehtiyac yoxdur. Təkbir deyib namaza başlamaq lazımdır.

(İnsanın bu namazı qılmaqda məqsədi Allaha şükr etməkdirsə, elə bu özü niyyət olaraq bəs edir. Yəni niyyəti dilə gətirməyə ehtiyac yoxdur.)
Əgər niyyəti dilə gətirmək istəsək, belə deyirik: Allaha yaxınlşamaq üçün İki rəkət şükr namazı qılıram

Related posts

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Ayətullah Sistani çox təəssüfləndiyini bildirdi – Ətraflı

Müctəhidlərin Livan xalqına və müqavimətinə yardımla bağlı eyni fətvaları

1 şərh

Derek Davis İyul 18, 2024 - 11:53 axşam

Fantastic site Lots of helpful information here I am sending it to some friends ans additionally sharing in delicious And of course thanks for your effort

Add Comment