Sükan arxasında ürəyi tutdu, avtomobili dayanmış maşına çırpıldı – ANBAAN VİDEO

Goranboy rayonunun Goran qəsəbəsində iki avtomobil toqquşub. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. 

Bildirilib ki, Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus VAZ-2106 markalı avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, nəqliyyat vasitəsi isə yolun kənarında dayanan digər “Chevrolet” markalı maşınla toqquşub.

Sürücünün ürək çatışmazlığından sükan arxasında öldüyü qeyd edilib. 

Qurum səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib:

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”.

Qeyd olunub ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov da səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. X.Əhmədovun da ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO