Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlərin üzündə təbəssüm yaradıb. Belə ki, küçələrin birində suiti tapılıb. Onun narahatlıq keçirmədən hərəkət etməsi məməlinin şəhərin ortasına haradan gəlməsindən daha çox maraq doğurub.
Qeyd olunub ki, hadisə Balıkəsirdə Ayvalık səmtində yaşanıb. Sakinlər onu tutaraq təbii yaşayış yeri olan dənizə buraxıblar.