Şuafatda mühasirəyə qarşı aksiyalar davam edir / Sionist rejimi sərhəd mühafizəsini gücləndirir

QafqazTimes xəbər verir ki, cümə axşamı səhər sionist rejim əsgərləri işğal altındakı İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrinə hücum ediblər.

“Maa” xəbər agentliyinin xəbərinə görə, sionist rejim əsgərləri müqavimət əməliyyatlarında iştirak etmək bəhanəsi ilə bir neçə fələstinlini həbs ediblər.

Həmçinin Nablusda Həzrət Yusifin (ə) məqbərəsi ətrafında fələstinli mücahidlərlə sionist rejim əsgərləri arasında silahlı toqquşmalar baş verib. Fələstinli mücahidlər əraziyə daxil olan onlarla mühaciri atəşə tutublar.

Bununla bağlı “Arin əl-Əsvəd” müqavimət qrupu “Tarixin xatırlayacağı bir gün” başlığı ilə xəbərdarlıq bəyanatı dərc edərək, mühacirlərin hücumuna qarşı çıxmaq üçün fələstinlilərdən Həzrət Yusif məqbərəsi ətrafında toplaşmaqlarını istəyib.

Fələstinli əsirlərin işləri ilə məşğul olan “Əl-Əsir” təşkilatı Qüds və İordan çayının qərb sahilində 23 fələstinlinin həbs olunaraq sorğu-sual olunmaq üçün sionist təhlükəsizlik orqanlarına təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən, bu gün onlarla mühacir sionist rejimin təhlükəsizlik mühafizəsi altında Məscidül-Əqsaya daxil olublar.

Sionist “Yediot Aharonot” qəzeti yazıb ki, Qüdsdə dünən gecə baş verən qarşıdurmalardan sonra sionist rejim sərhəd mühafizə qüvvələrinin daha 10 briqadasının hazır vəziyyətə gətirilməsinə göstəriş verib.

“Şuafat” və “Anata” (hər ikisi İordan çayının qərb sahilində) bu gün (cümə axşamı) ikinci gündür ki, vətəndaş itaətsizliyini davam etdirib. Bu addımlar sionistlərin Şuafatın üzərində tətbiq etdiyi beş günlük mühasirəyə cavabdır.

“Fələstin Əl-Yovm”-un xəbərinə görə, Şuafat düşərgəsinin sakinləri (bu düşərgədə 130 min nəfər yaşayır) mühasirəni ləğv etmək üçün dinc etiraz və oturaq aksiyalarını davam etdirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Şuafatın mühasirəsi şəhərin nəzarət-buraxılış məntəqəsindəki son müqavimət əməliyyatından sonra həyata keçirilib və bu əməliyyat zamanı iki sionist əsgər həlak olmuş və bir neçəsi yaralanmışdır.

Həmçinin çərşənbə günü İordan çayının qərb sahilinin cənubunda, Hebronun şimalında yerləşən əl-Orub düşərgəsində baş verən qarşıdurmalarda bir fələstinli gənc güllələnərək şəhid edilib.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))