Stiv Witkoff Amerikanın regional danışıqları üçün Dohaya gedir

Stiv Witkoff Dohaya Amerikanın regional danışıqları üçün səfər edir

Sionist mediaları Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoffın məhbus mübadiləsi danışıqlarında iştirak etmək üçün Dohaya səfərindən xəbər verib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İsrailin 12-ci kanalı bu gün (8 yanvar) Witkoffun Dohada olması xəbərini açıqlayaraq elan edib ki, Trampın xüsusi nümayəndəsi sabah Dohaya gedəcək.

Müxtəlif məlumatlarda həmçinin Mossad rəhbərinin İsrail texniki heyəti ilə birlikdə sabah Qətərə gedəcəyi də bildirilir.

Digər tərəfdən, HƏMAS hərəkatının nümayəndə heyəti, Co Baydenin baş müşaviri və bir sıra türk rəsmiləri də bu saatlarda Dohaya səfər əsnasındadırlar.

Eyni zamanda Qahirədə HƏMAS, FƏTH, İsrail rejimi və Misir arasında müharibə bitdikdən sonra Qəzzanın necə idarə olunacağına dair danışıqlar aparılır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib