Şri-Lankada fövqəladə vəziyyət

QafqazTimes.com CNN-ə istinadən xəbər verir: Şri-Lanka prezidenti iqtisadi böhranla bağlı şiddətli etirazlardan sonra fövqəladə vəziyyət elan edib. 31 mart 2022-ci il tarixində Kolombo kənarında Şri-Lanka prezidentinin şəxsi iqamətgahı qarşısında etiraz aksiyası keçirilib. Prezidenti Qotabaya Rajapaksa etirazlardan sonra ümummilli fövqəladə vəziyyət elan edib. Cümə günü dərc olunan rəsmi qəzetə görə, fövqəladə vəziyyət aprelin 1-dən qüvvəyə minib və şübhəlilər order olmadan həbs edilə bilər. 22 milyon əhalisi olan ada ölkədə əsas tələbat mallarının qıtlığı yaranıb, saatlarla elektrik enerjisi kəsilir. Qəzəbli nümayişçilər prezidentin şəxsi iqamətgahı qarşısında avtobusu yandıraraq, polisə müqavimət göstərib. Polisin etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Reuters-in məlumatına görə, polis onlarla insanı həbs edib, Kolombonun bəzi bölgələrində komendant saatı tətbiq edilib. Toqquşmalarda ən azı iyirmi polis əməkdaşı yaralanıb.

Şri-Lanka Cənubi Asiyada ada-dövlətdir. Paytaxtı Kolombo, ümumi sahəsi 65,610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdir.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri