Spartakın qoşunu ilə Roma ordusu arasında döyüşün yeri tapıldı – FOTO

ABŞ və İtaliyadan olan beynəlxalq arxeoloqlar qrupu Spartakın üsyanına qarşı Roma qoşunları tərəfindən tikilmiş qədim daş divar tapıb.

İstehkamlar İtaliyanın Kalabriya bölgəsindəki Dossone della Melia meşəsində aşkarlanıb.

Spartak eramızdan əvvəl 73-cü ildə antik tarixdə ən böyük kölə üsyanına rəhbərlik edən Trakiya qladiatoru olub.

Alimlər belə qənaətə gəliblər ki, romalılar divarın köməyi ilə Spartak və onun döyüşçülərini tələyə salmağa çalışıblar. Daş konstruksiya təxminən 2,7 km məsafəyə uzanıb.

Mütəxəssislər bir vaxtlar istehkamlar boyunca qazılmış dərin xəndəyin qalıqlarını da aşkarlayıblar.

Arxeoloqlar hesab edirlər ki, divar Spartakın ordusunun hərəkətinin qarşısını almaq və onu tələyə salmaq üçün eramızdan əvvəl 71-ci ildə Roma sərkərdəsi Markus Krass tərəfindən sifariş edilib.

Süni maneənin yaxınlığında müxtəlif silahlar da daxil olmaqla cürbəcür çoxsaylı artefaktlar – qılınclar, əyri bıçaqlar, ox və nizə ucları tapılıb. Silahların sayına görə, divar yaxınlığında legionerlərlə üsyankar qladiatorlar arasında genişmiqyaslı döyüş baş verdiyini demək mümkündür.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi