Sorğulara əsasən Netanyahu növbəti seçkilərdə qalib gələcək

QafqazTimes xəbər verir ki, işğal olunmuş Fələstində aparılan yeni sorğunun nəticələrinə görə İsrailin keçmiş baş naziri və müxalifət lideri olan Benyamin Netanyahuya sadiq partiyaların koalisiyası qarşıdan gələn seçkilərdə asanlıqla Tel-Əviv kabinetini formalaşdırmaqla 61 mandat qazana biləcəklər.

“Russia Əl-yovm” xəbər saytının məlumatına görə, “Panels Politics” araşdırma institutunun “Maariv” qəzeti üçün keçirdiyi sorğu göstərib ki, Netanyahunun koalisiyası heç bir partiya mövqeyini dəyişmədən kabineti formalaşdırmaq üçün lazımi səsləri toplaya bilər. Hazırkı kabinet koalisiyasının hər iki partiyası olan “Yamina” və “Mirtes” partiyalarının nümayəndələrinin Knessetə daxil olmaq üçün daha az səs toplayacağı proqnozlaşdırılır.

Bu sorğu seçkilərin bu gün keçiriləcəyi təqdirdə Netanyahunun Likud partiyasının 36 mandat qazanacağını proqnozlaşdırıb ki, bu, son həftələrdəki ən yuxarı göstəricidir. Sionist rejimin müvəqqəti baş naziri Yair Lapidin rəhbərlik etdiyi Yeş Atid partiyasına gəlincə, bu partiya 23 nümayəndə ilə ikinci ən böyük partiya olacaq.

Bu sorğuya əsasən Besal El Smotriçin rəhbərlik etdiyi ifrat sağçı “Dini Sionizm” partiyasının isə 10 mandatla üçüncü yeri tutacağı gözlənilir. Sionist rejimin müharibə naziri Benni Qantza bağlı “Mavi və Ağ” partiyası isə bu sorğuda 9 yerlə dördüncü yerdə qərarlaşıb.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri