Son oyununda qələbə qolunu vuran futbolçunun cəsədi tapıldı – FOTO/VİDEO

Türkiyə Superliqa komandalarından “Hatayspor”un formasını geyinən Kristian Atsunun cəsədi dağıntılar altından çıxarılıb.

Bu barədə Kristian Atsunun meneceri Murat Uzunmehmet “Twitter” hesabında açıqlama verib.

O, qanalı futbolçunun cansız cəsədinin tapıldığını bildirib.

Qeyd edək ki, Kristian Atsu Türkiyədəki dəhşətli zəlzələdən bir gün öncə son dəqiqə qolu vuraraq “Hatayspor”a qələbə qazandırmışdı.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi