Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Füzuli RPŞ-də araşdırma aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa Rayon Dövlət Yol Polisinin rəisidir. Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.