QafqazTimes xəbər verir ki, Sabirin News telegram kanalı dünən səhər (çərşənbə axşamı) bildirib ki, Yusufiyyədə (İraqın mərkəzi- Bağdad vilayəti) ABŞ-ın hərbi konvoyuna hücum edilib.
Məlumata görə, hücum iki mərhələdə həyata keçirilib. İlk əməliyyat saat 7:30-da Hur Rəcəbdə, ikinci əməliyyat isə 7:40-da Bağdadın cənubundakı Əl-Udvaniyyə bölgəsində həyata keçirilib.
Sabirin News telegram kanalı əlavə edib ki, hücuma görə məsuliyyəti “Ulul-əzm” adlı naməlum bir qrup öz üzərinə götürüb.
ABŞ hökumətinin general Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətilə nəticələnən terror hücumundan və İraq parlamentinin bütün xarici qoşunları bu ölkədən çıxarmaq qərarından sonra İraq və Suriyadakı ABŞ hərbi bazalarına raket və ya pilotsuz təyyarə zərbələri intensivləşib. Eyni zamanda, ABŞ ordusunun ehtiyac duyduğu ləvazimatları daşıyan hərbi konvoylar da tez-tez yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilir.