Şok hadisə: Kişi yuxusunu pozduğu üçün müdirini öldürdü

Hindistanda kişi ona rahat yatmağa imkan verməyən müdirini öldürüb.

Qeyd olunur ki, hadisə Puri şəhərində baş verib.

Prakaş Kumar Bhoumi baxıcı kimi işə düzəlib və 74 yaşlı iş adamına baxıb. Yaşlı iş adamı gecə ərzində bir neçə dəfə kişini yuxudan oyadıb, bundan sonra o, çox əsəbiləşib və yumruqlarla ona hücum edib.

Səhər qohumları təqaüdçünün evinə gələrək orada onun meyitini tapıblar. Müşahidə kameralarının görüntüləri sayəsində cinayətkar tez bir zamanda aşkarlanıb. Kişi yaşlı adamın qollarını burub, çarpayıya atıb və şiddətlə döyüb.

Hüquq-mühafizə orqanları artıq cinayətkarı həbs edib. Hindlinin sözlərinə görə, o, işəgötürəni öldürmək istəməyib, sadəcə yatmaq istəyib deyə özündən çıxıb. Yaşlı kişi isə onun yanına gəlməsi üçün tez-tez zəngə basıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi