Elektroskuterlər dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat vasitəsinə çevrilib. Bir neçə müddətdir ki, Azərbaycanda da icarəsinə başlanılan skuterlərin kütləviləşməsi ilə tıxac probleminin həllinə töhfə verəcəyi gözlənilirdi.
Lakin skuterlərlə bağlı gözləntilər hələlik özünü doğrultmayıb.
Uzun müddətdir ki, həm əyləncə, həm də əlverişli olan bu nəqliyyat vasitəsi üçün lazım olan infrastruktur yaradılmayıb. Bunun nəticəsində insanlar rahat şəkildə skuterlərdən istifadə edə bilmirlər.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, təkərli nəqliyyat vasitələri səkidə hərəkət edə bilməz.
Qeyd edək ki, skuterlər üçün küçə və prospektlərdə hərəkət zolağının olmaması digər nəqliyyat vasitətələrinin qəza riskini artırır. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, yol hərəkəti qaydalarına düzgün riayət etməyən hərəkətin digər iştirakçıları üçün 20-100 manat cərimə nəzərdə tutulub.