Siyasi fəal polis şöbəsində aclığa başladı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, inzibati qaydada həbs edilmiş Əlizamin Salayev saxlanıldığı gündən – iyulun 7-dən etibarən aclıq edir. Bu barədə o, bu gün öz vəkili Nemət Kərimliyə bildirib.

Salayev əsassız olaraq 30 gün müddətinə həbs edilməsinə və oğlunun avtomobilindən zinət əşyalarının itməsinə etiraz edir. O, həmçinin iyulun 14-dən etibarən quru aclığa başladığını bildirib.

DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Salayev iyulun 7-də Salyan şəhərində parkda yol polisinin onun oğlunun avtomobilini müsadirə etməsinə və onun maşınından zinət əşyalarının itməsinə etiraz əlaməti olaraq aksiya keçirərkən saxlanılıb.

Ə.Salayevin oğlu Oqtay Salayev zərgər işlədiyini və avtomobilində müştərinin zinət əşyaları olduğunu bildirib.

İyulun 13-də Şirvan Apellyasiya Məhkəməsi Ə.Salayevin həbsindən verdiyi şikayəti təmin etməyib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir