Sirli qəbilə üzvləri inanclarını göstərmək üçün bütün bədənlərinə gizli söz döydürürlər – FOTO

Mərkəzi Hindistanda yaşayan sirli qəbilənin üzvləri bütün bədənlərinə sözlər döydürürlər.

Tədqiqatçı və videoqraf Dryu Binski “Ramnami Samac” sektasını ziyarət edib və onların arasında inanclarına qəribə sədaqət nümayiş etdirənlərin sayının azalmasının, lakin inanclarının həmişə olduğu kimi güclü olduğunun şahidi olub.

Bütün bədəninə döymə etdirən insanlar purnanakşik adlandırılırlar. Onların bədənlərində, üzlərində və bəzi hallarda dillərində “Ram” sözü döymə etdirilib. Bu insanlar güclü inancları səbəbindən döymənin onlara heç bir zərər vermədiyini söyləyirlər.

Ancaq bu günlərdə “Ramnami” qəbiləsinin gəncləri bu döyməni bütün üzlərinə döydürməkdən çəkinirlər. Bunun əvəzinə onlar bədənlərinin paltarın altında qalan hissəsinə gözə çarpmayan “Ram” sözünü döydürürlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi