Sionit rejim Hollandiyanı raket sistemi ilə təmin edir

İsrail rejiminin bir hərbi sənaye zavodu Hollandiya müdafiə nazirliyi ilə raket sistemi təmini ilə əlaqədar müqavilə bağlayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim müharibə nazirliyi dünən ( 18 may) Hollandiya müdafiə nazirliyi ilə Plus raket sisteminin satışı ilə əlaqədar müqavilə imzalayıb.

Routersin məlumatına görə 305 milyon dollar dəyərində olan bu müqavilənin təminatı 5 il ərzində başa çatmalıdır.

İsrailin Albite Sistems şirkətinin istehsalı olan raket sistemi 30-300 kilometr mənzillidir. Bu günə qədər Tel Əviv bu sistemi bir çox ölkələrə satıb.

Amma İsrail müharibə nazirliyi bir bəyanat yayaraq iddia edib ki, bu müqavilə Tel Əvivin Avropa ölkələri ilə ilk və ən böyük müqaviləsidir.

Related posts

Sionist baş nazir yenə İranı hədələdi

Bəqayi: Sionistlər qəsdən xilaskarları hədəf aldı

İsrail Qəzzədə jurnalist çadırını hədəf aldı