Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücum edərək onlarla fələstinlini yaralayıblar.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim hərbçiləri İordan çayının qərb sahilində Tulkərəm düşərgəsi girişinin Əl Bəlavinə bölgəsinə hücum edərək bir qrup fələstinlini yaralayıblar.
Məlumata görə Fələstin müqavimət dəstələri bu basqında qarşıdurma göstərərək onların geri çəkilməsinə mane olsalar da xəsarət alan üzvlər olub.
Sionist mediaları isə bu hadisədə 2 fələstinlinin şəhid olduğundan xəbər verirlər.
Xatırladaq ki, bir neçə gündür sionist rejim hərbçiləri Tulkərəmə vaxtlı-vaxtsız hücumlar etsə də həmişəki müqavimət qruplarının qarşıdurması ilə rastlaşan kimi geri çəkilmək məcburiyyətində qalırlar.