Sionistlərin maskası düşüb





İran XİN sözçüsü işğalçı İsrail rejiminin daxili çaxnaşmalarının şiddətlənməsinə işarə edərək artıq maskasının düşdüyü və diktatorluq xislətinin aşkar olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani deyib: Cinayətkar sionist rejimi uzun illər özünü Qərbi Asiya regionunda ən demokratik qurum göstərməyə çalışsa da, artıq bu siyasəti beynəlxalq dünyaya aşkar olub.
Kənaninin sözlərinə görə işğalçı rejimin daxili fəsadları diktatorluq xislətinin üzərinə taxdığı maskanın düşməsinə səbəb olub.
Mətbuat katibi həmçinin deyib: Baş nazir Netanyahu müxalifləri onun uçurumda olması ilə xəbərdarlıq edir və bu uçurumun qaçılmaz olduğunu deyirlər.
Qeyd edək ki, bir neçə aydır ki, Netanyahu kabineti şəxsi korrupsiyalarını ört-basdır etmək üçün Knessetdə “məhkəmə islahatı” layihəsini təsdiqləmək cəhdlərindən sonra müxalifət etirazı ilə üz-üzədir və ölkənin hər yerində aksiyalar təşkil olunur.
Bir çox ekspertlər bu prosesin davam etməsinin İsraildə etirazları artıracağını və bu hadisənin İsrail və Netanyahu hökumətini ciddi sosial və siyasi problemlə qarşı-qarşıya qoyacağını bildiriblər. Bir tərəfdən etirazçılar və solçular, digər tərəfdən isə İordan çayının qərb sahilindəki ərəblər müvafiq reaksiya göstərməyə təşviq olunublar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur