Sionistlərin Məscidül-Əqsaya basqınları davam edir + Video

QafqazTimes xəbər verir ki, çərşənbə günü səhər ekstremist sionist mühacirlər yenidən işğalçı rejim qoşunlarının himayəsi altında Məscidül-Əqsaya basqın ediblər.

“Palestine Today”-in məlumatına görə, işğalçı sionist rejimin əsgərləri sionist mühacirlərin Məscidül-Əqsanın həyətlərinə hücumuna şərait yaratmaq üçün sübh tezdən bu müqəddəs yerə hücum ediblər. İşğalçı rejim polis qüvvələri də Məscidül-Əqsanın həyətinə yerləşərək fələstinli ibadət edənləri çıxarmağa çalışıblar.

Məscidül-Əqsa icmasının rəhbəri bu səhərdən etibarən Məscidül-Əqsaya hücum edən sionistlərin sayının 1180-ə yüksəldiyini açıqlayıb.

Məlumata görə, İsrail qüvvələri Əl-Əqsa məscidinin qapılarını bağladıqdan sonra fələstinli ibadətçiləri mühasirəyə alaraq onların əsas məscidə getməsinə mane olublar.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))