Sionistlərin Hizbullahla müharibə qorxusu

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, sionist rejimin Livandakı böhrandan narahatlığı, bu rejimin qəzetlərinin manşetlərində belə görülə bilər. İsrail rejiminin təhlükəsizlik qrupları bir neçə mövzu ilə əlaqədar narahatlıqlarını ifadə etmişlər. Bunlardan biri də Hizbullahın Livanda artan nüfuzudur.

Livandakı siyasi və təhlükəsizlik dairələri Hizbullahın Livan vətəndaşlarına yardım göstərməsinin və onları dərman, qida, yanacaqla təmin etməsini və hökumət qurmaq üçün müxtəlif proqramlar təklif etməsini bu hərəkatı Livanlılar arasında əvvəlkindən daha təsirli hala gətirdiyinə inanır. Bu isə tamamilə sionist rejimini üçün zərərlidir.

Sionist veb səhifəsi “Walla” daha əvvəl yazmışdı: “Livanın süqutu İsraili müharibəyə yaxınlaşdırır”.

Sionist rejimin Livandakı böhrandan əsas narahatlığı müharibədir. Rejim rəsmiləri, Livanın süqutu ilə rejimin Hizbullahla müharibəyə girəcəyindən qorxur.

Livan təhlükəsizlik dairələrinin apardığı son araşdırmaya əsasən Hizbullahın 140.000 raketə sahib olduğu və rejimlə qarşıdurma başlasa, işğal altındakı ərazilərə gündə təqribən 3000 raket ata biləcəyi ortaya çıxır. Bu isə İsrailin təhlükəsizliyini ciddi xətərə salır.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))