Fələstin müqavimət dəstələri bu gün səhər (18 sentyabr) birgə əməliyyatda Cenində yerləşən sionist rejim hərbi bazasını hədəfə alıblar.
Əl Aləm telekanalının Fələstin medialarına istinadən verdiyi məlumatına əsasən, müqavimətin Qüds qüvvələri sionist rejim silahlı qüvvələrinə aid hərbi baza da daxil olmaqla birgə əməliyyat nəticəsində şəhər ətrafında bir hərbi avtomobili də hədəfə aldıqlarını bildiriblər.
Cenin batalyonunun yaydığı bəynatda işğalçı rejim hərbçilərinin can tələfatı verdikləri, amma rəsmi olaraq elan etmədikləri qeyd olunur.
Bəyanatda həmçinin deyilir ki, bu əməliyyatlar sionist rejimin Məscidül Əqsaya hücumları və qadın və uşaqlara qarşı amansızlıqlarının kiçik bir cavabıdır. İşğala son qoyana qədər əməliyyatlarımız davam edəcək.