Sionistlərin 25% işğal olunmuş Fələstini tərk etmək fikrindədir

Sionistlərin 25% işğal olunmuş Fələstini tərk etmək fikrindədir

İsraildə aparılan sorğunun nəticələrinə görə ölkə vətəndaşlarının dörddə biri ciddi formada işğal olunmuş Fələstini tərk etmək barədə  düşünür.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin Kan televiziyası bu gün (5 oktyabr) yayımladığı proqramda ötən ildən bu günə kimi apardığı sorğunun nəticələri barədə hesabat verib.

Məlumatda deyilir: Sorğuda iştirak edən iştirakçıların 25%-i ciddi surətdə ölkəni tərk etmək barədə düşünür və lazımi tədbirlər görürlər.

Baş nazir Benyamin Netanyahu müxaliflərindən alınan sorğunun nəticələri isə 8% sionistin ölkəni tərk etdiyi, 24%-i xarici ölkələrdə daşnmaz əmlak almaqla İsraili tərk edəcəklərini, 21%-i isə iş və ticarət məqsədi ilə  artıq bu ölkədə yaşamaq istəmədiklərini göstərir.

Respondentlərin 5%-i övladlarının təhsili üçün işğal olunmuş Fələstini tərk edərək başqa ölkəyə köçəcəyini göstərir.

Cavabların 15% -i mal varlıqları hesabına bir müddət İsraildən kənarda yaşayacaqlarını düşündüyünü göstərir.

Bu sorğuda iştirak edənlərin 36%-i isə bu məsələ barədə heç düşünmədiklərini deyib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir