Sionistlər yenə Qəzzəyə humanitar yardım kortejinə hücum etdi

Fələstin informasiya qaynaqları işğalçı rejimin humanitar yardım karvanına hücumundan xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyətinin sözçüsü xüsusilə Qəzzənin şimal bölgəsində vəziyyətin daha gərgin olduğunu vurğulayaraq bunu faciənin son həddi adlandırıb.

Əl Cəzirə telekanalına müsahibə verən mətbuat katibi susuzluq, qıtlıq və qida probleminin günü-gündən daha da pisləşdiyini qeyd edib.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 32 mindən çox insanın ölümünə səbəb olub və 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir