Sionistlər Suriya torpaqlarına daxil oldu

Sionistlər Suriya torpaqlarına daxil oldu

Əl Cəzirə telekanalı bir neçə sionist hərbçinin Suriya torpaqlarına daxil olduğundan xəbər verir.

İRNA-nın məlumatına əsasən, informasiya qaynaqları Suriyanın Qəntəriyyə vilayəti Əl Əsbəh qəsəbəsi qarşısındakı sərhəd-keçid zonasından bir neçə sionist hərbçinin daxil olması barədə məlumat verirlər.

Məlumata görə sionist hərbçilər əkin torpaqlarından səngər düzəltməyə cəhd göstəriblər.

Digər bir xəbərdə İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimalındakı Hermel bölgəsində sərhəd keçid məntəqəsinə zərbələrin vurulduğu qeyd edilir.

 “Şam FM” radiostansiyasının məlumatına əsasən,  təyyarələr Cermaş kəndi yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindən Suriyaya gedən yola hücum edib.

Oktyabrın 14-də sərhəddə yerləşən əl-Ayn şəhərində humanitar yardım daşıyan karvan Livanın şimal-şərqindəki Bəələbək şəhərinə gedərkən havadan atəşə tutulub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur