Sionistlər müqavimət ruhiyyəsinin yayılmasından narahatdır

QafqazTimes xəbər verir ki, sionist “Yediot Aharonot” qəzeti İordan çayının qərb sahilində müqavimət ruhiyyəsinin yayılmasından narahat olduğunu bildirərək, yazıb: “İordan çayının qərb sahilinin dərslikləri terror (şəhadət əməliyyatları) və zorakılığı (intifada) təhrik edən materiallarla doludur.”

Təl-Əvivdə çap olunan bu qəzet qeyd edib: “İordan çayının qərb sahilində, hətta BMT-nin nəzarətində olan məktəblərdə bir milyondan çox (fələstinli) şagirdə paylanan dərsliklər Holokostu inkar edən materiallarla doludur.”

“Yediot Aharonot” İordan çayının qərb sahilinin dərsliklərinə daxil edilmiş yeni əlavələrdə cihada təhrik edildiyini qeyd edib və fələstinli şagirdlərin dərsliklərindən Oslo razılaşmasının qəsdən silinməsindən narahatlığını ifadə edib.

Bu sionist qəzet həmçinin yazıb: “Hətta Birləşmiş Millətlər Təşkilatı belə Fələstin dərsliklərində “Nikbət günü” məsələsində (milyonlarla fələstinlinin işğal olunmuş ərazilərdən qovulması) fələstinlilərə dəstək vermədiyinə görə tənqid olunub.”

Bu Təl-Əviv qəzeti əlavə edib: “Fələstin kitablarında yəhudilər irqçi, yalançı, fəsadçı və öz şəxsi məqsədləri üçün dünya sərvətinə, mediaya və siyasətə nəzarət edən İslam düşmənləri kimi təqdim edilir.”

“Yediot Aharonot” həmçinin bir əməliyyatda 38 sionisti qətlə yetirən fələstinli Dəllal Məğribinin qəhrəmana çevirilməsi kimi materialları fələstinli 5-ci sinif şagirdlərinin dərsliklərində öyrədilən digər “təhlükəli” nümunələr kimi qeyd edib.

Related posts

Həcci əvəz edən əməl yoxdur

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Yalnız Allahın razılığı!