Sionist rejim hərbçiləri fələstinlilərə və Məscidül Əqsaya qarşı təcavüzkarlıqlarının davamında bu gün (8 sentyabr) Babur Rəhmə səhninə basqın ediblər.
Təsnim İnformsiya Agentliyinin məlumatına əsasən, saxtakar rejim hərbçiləri Məscidül əqsanın Babur Rəhmə səhninə hücum edərək oradakı namaz qılan cəmiyyəti dağıdaraq və ümumi əmlaka ziyan vurublar.
Həmas Hərəkatının mətbuat katibi Məhəmməd Həmmadə sionistlərin bu günkü təcavüzünə reaksiya verərək bu rəftarın “dinə qarşı müharibə və Məscidül Əqsaya qarşı hörmətsizlik” olduğunu deyib.
Məhəmməd Həmmadə həmçinin vurğulayıb: Fələstin xalqı işğalçı rejim muzdurları və qəsəbə sakinlərinin Məscidül Əqsaya qarşı bu çirkin planları qarşısında sakit qalmayacaq, müdafiə amalına davam və onları məğlubiyyətə uğradacaq.
Qeyd edək ki, Məscidül Əqsa Qüds şəhərinin İslam və Fələstinə aid olmasının əsas simvolu olaraq, hər zaman Qüdsü işğal edən rejimin dağıdıcı hərəkətlərinin hədəfi olub.
İşğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində bu günlərin şəraiti çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər.