Sionistlər Məhəmməd Sinvarın terroruna çalışırmış…

Sionistlər Məhəmməd Sinvarın terroruna çalışırmış...

Sionist rejim Xan Yunis şəhərində yerləşən “Avropa” Xəstəxanasının altında yerləşən yeraltı qərargahına zərbələr endirməkdə məqsədinin Məhəmməd Sinvarı terror etmək olduğunu iddia edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yediot Aharanot qəzeti bugünkü (13 may) sayında yazıb: zərbələrin hədəfi radikal hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub. İsrail Ordusu hücumun Sinvarı öldürüb-ölmədiyini hələ təsdiq edə bilmir.

“Al Jazeera” telekanalı da öz növbəsində İsrailin hücumları nəticəsində azı 4 nəfərin öldüyünü, daha bir neçə nəfərin yaralandığını bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur