Fələstin müqavimət dəstələri dünən (17 iyun) Əğvar bölgəsindəki post-keçid məntəqəsində sionistlərin hücumuna məruz qalıb.
Əl Aləm telekanalının məlumatına əsasən, fələstinli müqavimət dəstələri Əl Həmra və Əğvar bölgəsində post-patrul stansiyalarını atəşə tutduqdan sonra sionist hərbçilərin şiddətli reaksiyası ilə üzləşərək qarşıdurma yaşanıb.
Məlumata görə 23 ildir sionistlərin mühasirəsində olan Əğvar və Əl Həmrada bu kimi qarşıdurmalar daha da kəskinləşib.
Sionist rejimi fələstinlilər yaşayan ərazilərdə hərbi təlimlər keçir, kəndçilərin evini dağıdır, təlimlərdən sonra qalan hərbi sursatlar isə kənçilərin uşaqları, əkin sahələri və heyvanları üçün ciddi təhlükə yaradır.
İşğalçı sionist rejiminin bu hərbi təlimləri keçirməkdə əsas hədəfi fələstinli kəndçiləri evlərini və kəndlərini tərk etməyə məcbur etmək və daha sonra həmin ərazilərə yəhudiləri yerləşdirməkdir.
Sionist rejim fələstinlilərin evlərini dağıtmaq və sionist sakinli qəsəbələr salmaqla, Fələstin bölgələrində hegemonçuluğunu qorumaq üçün bu bölgələrin etnik tərkibini dəyişdirməyə və bölgəni sionistləşdirməyə çalışır.
Beynəlxalq qanunlara əsasən, bu qəsəbələrin hamısı qanunsuzdur.