Fələstin informasiya qaynaqları 18 yaşlı bir fələstinli gəncin sonist rejim həbçiləri tərəfindən güllələndiyindən xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (19 iyun) təcavüzkar rejim hərbçiləri Beyt Ləhmin qərbində yerləşən Husan qəsəbəsində 18 yaşlı gənci başından güllələyərək şəhid ediblər.
Husan qəsəbə sakinləri axşam çağı bu gəncin dəfn mərasimində saxtakar rejim əleyhinə şüarlar səsləndirərək müqavimət qüvvələrinin geri çəkilməyəcəyini vurğulayıblar.
Saxtakar rejim qüvvələri bu etirazlardan hiddətlənərək Ramullah və Əl Xəlildə də fələstinlilərə qarşı əməliyyatlar keçirib onları susdurmağa çalışıblar.
Qeyd edək ki, Cenində son gərginlik bütün fələstinlilərin əsəblərinnin gərilməsinə səbəb olub. Ötən gün Cenində 6 fələstinli şəhid olub və 60-dan çox insan yaralanıb.