Sionistlər Beyrutun Zahiyə bölgəsinə hücum etdi

Sionistlər Beyrutun Zahiyə bölgəsinə hücum etdi

İnformasiya qaynaqları sionist rejim qırıcılarının Beyrutun yaşayış məntəqəsi olan Zahiyə bölgəsinə hücumlarından xəbər verir.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, yerli KİV-lər bu gün səhər (1 aprel) Beyrutun cənubunda yerləşən Zahiyə bölgəsindən partlayış səslərinin eşidildiyindən xəbər verib. İlkin məlumatlara görə, Zahiyədəki Müəvviz məntəqəsində 3 mərtəbəli bir binanın hədəfə alındığı deyilir.

Digər bir məlumata əsasən, Zahiyənin Əl Səfir bölgəsindəki İmam Kazim (ə) kompleksi ətrafındakı bir bina vurulub.

Hücumda kimin hədəf alındığı hələ məlum deyil, lakin İsrail ordusu hücumda Hizbullah üzvünü hədəf aldığını iddia edib.

İlkin məlumatlara görə bu hücumda 3 nəəfər şəhid olub və 4 nəfər yaralanıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur