QafqazTimes xəbər verir ki, bazar ertəsi bir fələstinli İordan çayının qərb sahilində Beytləhmdə Beyt Fəccar kəsişməsində sionist yaraqlılar və bir sionist sakini tərəfindən güllələnərək şəhid edilib.
“Shahab” xəbər agentliyinin məlumatına görə, sionistlər iddia ediblər ki, bu gənc fələstinli “Quş Etzion” yaxınlığında soyuq silahla əməliyyat keçirmək niyyətində olub.
Yayılan videodan görünür ki, sionistlər yaralı və qan itirən bu fələstinli gənci yerdə qoyaraq, on tibbi yardım edilməsinə mane olublar.
Bundan əlavə, Fələstin Səhiyyə Nazirliyi dünən səhər saatlarında 75 yaşlı Süleyman əl-Huzalinin Əl-Mizan xəstəxanasında həyatını itirdiyini açıqlayıb.
O, bir neçə gün əvvəl Hebronun cənubundakı “Ummul-Xeyr” kəndinin girişində sionist hərbi maşını tərəfindən vurulmuşdu.
Baş, döş, qarın və çanaq nahiyəsindən ağır xəsarət alan Əl-Huzalin müalicə üçün xəstəxanaya aparılıbmış.
Həmçinin ötən həftə İsrail qüvvələri Ramallahın şimalındakı Cəlcəliya kəndindən olan 80 yaşlı Ömər Əbdül Məcid Əsədi həbs etmişlər. Bu yaşlı fələstinli ona qarşı amansız rəftar və zorakılıq nəticəsində şəhid olmuşdur.