Sionist şərhçi: Hizbullahın taktikası hərbçilərimizi çaş-baş salıb

Sionist rejimin bir hərbi analitiki işğal olunmuş Fələstinin şimalında yeləşən Əl Cəlil məntəqəsində Livan Hizbullahının hərb taktikalarının hərbçiləri çaş-baş saldığını, tələfatları qarşılığında intiqam almaq qüdrətinin olmadığını etiraf edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, işğal olunmuş Fələstinin şimal bölgəsi olan Əl Cəlil qaynar müharibə xəttinə çevrilib və artıq kimin orada hökm sürdüyü məlum deyil.

Yadiot Aharanot qəzetində məqaləsi dərc edilən Yusa Yuşe yazır: Hizbullahın mürəkkəb taktikaları sayəsində Əl Cəlildə artıq əvvəlki yaşıl mənzərə, dağ havası və sakitlikdən əsər-əlamət qalmayıb. Çünki livanlıların hücumu nəticəsində israilli hərbçilərın tank, top-tüfəng və modern texnikalarının çox olmasına rəğmən, nə edəcəklərini bilmirlər.

Məqalənin davamında yazılır: Əl Cəlilin indiki vəziyyəti 1990-cı ildə Livanın cənubundakı müharibəni xatırladır. Amma Hizbullahın indiki vəziyyəti də ondakından tam fərqlidir.

Məqalədə həmçinin İsrail ordusunun Livandan intiqam ala bilmədiyi, aldığı xəsarət və insan tələfatına görə Hizbullaha lazımi cavab vermək qüdrətinin olmadığı da deyilir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir

1 şərh

Клуб Вулкан Yanvar 31, 2024 - 12:22 axşam

Казино Вулкан https://vulkan.electronauto.ru

Add Comment