Sionist rejiminin Yəmənə yeni hücumu – Əl-Hudəydə hədəf alındı

Sionist rejimə bağlı media orqanları bu gün, bazar ertəsi İsrailin Yəməndəki hədəflərə hava hücumu təşkil etdiyini bildirib.

Yəmən mediası da sionistlərin Əl-Hudəydə limanına hücumunu təsdiqləyib.

Əl-Məsirə telekanalının məlumatına görə, sionist qırıcıları Əl-Hudəydə limanına bir neçə hava zərbəsi endirib.

Hazırda hücumun maddi və insan itkiləri ilə bağlı rəsmi məlumat yayılmayıb.

Sionist rejimin ordu radiosu bildirib ki, hücumlar Əl-Hudəydə limanındakı obyektləri və Yəmənin qərb sahillərindəki əraziləri hədəf alıb.

Sionist rejimin müdafiə naziri bu hücumu təsdiqləyərək Əl-Hudəydədəki müəyyən hədəflərin vurulduğunu bəyan edib.

İsrail ordusu bildirib ki, bu hücum zamanı limandakı yanacaq tankerləri, gəmilər, qayıqlar və mühəndislik avadanlıqları hədəf alınıb.

Sionist media qeyd edib ki, bu, Qəzza müharibəsi başlayandan bəri İsrailin Yəmənə etdiyi on ikinci hücumdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib