Sionist rejimin yeni qərarı: Ramazan ayında cavanlar Məscidül Əqsaya daxil olmasın

Sionist rejim mediaları baş nazirin Məscidül Əqsa barədə yeni qərar verdiyindən yazırlar.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahunun qərarına əsasən, mübarək Ramazan ayında 70 yaşdan aşağı şəxslərin Məscidül Əqsaya girişinə qadağa qoyulacaq.

Məlumatda deyilir: İtamar Ben Qvir fələstinlilərin Məscidül Əqsaya girişinə qadağa barədə qanun layihəsini baş nazirə təqdim edib və Netanyahu da bu layihəni təsdiqləyib. Layihənin verilməsinin səbəbi isə Ramazan ayında fələstinlilərin daha da təhlükəli olmasıdır.

Bu hesabla İordan çayı qərb sahili sakinlərinin mütləq şəkildə Məscidül Əqsaya daxil olmaları imkansızdır.

Related posts

Şeytanpərəstliyi yəhudilər yaradıb!

Xristianlar yəhudilərin İsa Peyğəmbərə qarşı əməllərini unutmayıb!

Bütün dünya İsraili “Qatil” rejim adlandırır