Sionist rejimin yeni cinayəti: Məktəbə hücumda 200 nəfər şəhid oldu

Qəzzə zolağının Əl Faxura məktəbiin bombardmanında 200 nəfər şəhid olub.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bir neçə saat öncə sionist rejim qırıcıları Cibaliyyə düşərgəsində yerləşən Əl Faxurə məktəbini bombardman edib. Son məlumata görə 200 nəfərin şəhid olduğu deyilir.

Şahab İnformasiya Agentliyinin məlumatına görə BMT-nin nəzdində olan UNRWA-ya aid olan bu məktəbdə Qəzzəyə hücumlardan sonra ailələrini itirmiş uşaqlar üçün nəzərdə tutulubmuş. Eyni zamanda sionist rejim Tel Əl-Zəətər məktəbini də bombardman ediblər.

BMT-nin qaçqınlara yardım agentliyi UNRWA-nın bəyanatında deyilir: Məktəblər və müharibə köçkünlərinin məskunlaşdığı məkanlar hücuma məruz qalmamalıdır.

Fələstin Özünüidarə Təşkilatı da Əl Faxura məktəbinin bombardman edilməsinə reaksiyada elan edib: Bu sionist rejimin fələstinlilərə qarşı müharibə elan etməsi və vəhşicəsinə edilmiş hücumun göstəricisidir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir