Sionist rejimin müharibə naziri: İran 50 ölkəyə silah ixrac edir

Sionist rejimin müharibə naziri Münix təhlkəsizlik konfransında ilk çıxışında İranın 50 ölkəyə silah satdığını iddia edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yuav Galant daha sonra deyib: İran dünyada öldürücü silah satan bir ölkəyə çevrilib və bütün qitə və xalqlara olan təhdidləri artmaqdadır.

Y.Galant vurğulayıb: İran min kolometrlik uzaqmənzilli dronlarını şərqi Belarusiyaya göndərir. Əvvəllər də Cənubi Amerikaya göndərirdi.

Galant beynəlxalq kütlənin əlbir olub bu silah alqı-satqısının qarşısını almalı, təsirli bir cəzalandırma sistemi yaratmalıdır.

Məlumata əsasən, Guardian qəzetində ABŞ rəsmilərindən biri İranın dünyada ucuz qiymətə öldürücü dron istehsal edən lider ölkə olduğunu iddia edib.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir