Sionist rejim “Yüksələn Şir” (Operation Rising Lion) adlı əməliyyat çərçivəsində İrana qarşı görünməmiş hava hücumları həyata keçirib. Sionist rejimin baş naziri Benyamin Netanyahu əməliyyatın bir neçə gün davam edəcəyini və İranın ballistik raket proqramının “ürəyinin” hədəf alındığını bildirib.
Hədəflənən obyektlər:
▪️ İranın nüvə proqramı ilə əlaqəli onlarca obyekt
▪️ Natanzda yerləşən əsas zənginləşdirmə mərkəzi (MAQATE tərəfindən təsdiqlənib)
▪️ Uzun mənzilli raket imkanları (sionist rejim mediasına görə)
Hücum nəticəsində şəhid olan yüksək rütbəli İran hərbçiləri və alimlər:
▪️ General Hüseyn Səlami – SEPAH baş komandanı
▪️ General Qulam Əli Rəşid – İran Silahlı Qüvvələrinin mərkəzi qərargah komandanı
▪️ General Məhəmməd Baqiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
▪️ Nüvə alimləri Dr. Tehrançi və Dr. Fereydun Abbasi
İranın mövqeyi:
▪️ İran Xarici İşlər Nazirliyi bu hücumu BMT Nizamnaməsinin açıq şəkildə pozulması və təcavüz aktı kimi qiymətləndirib
▪️ Rəsmi Tehranın bəyanatında vurğulanıb ki, İran bu aqressiyaya cavab vermək üçün qanuni və legitim hüquqa malikdir
▪️ Ali lider Ayətullah Xamenei bildirib: “Sionist rejim yaşayış məntəqələrinə zərbə endirməklə öz şeytani mahiyyətini heç vaxt olmadığı qədər ortaya qoydu.” O, düşməni “şiddətli cəza” ilə hədələyib
▪️ İran ordusunun sözçüsü bildirib ki, ABŞ bu hücumda sionist rejimlə şərikdir
▪️ İran hava məkanını bağlayıb və hərbi cavabın yaxın olduğunu açıqlayıb
ABŞ-ın reaksiyası:
▪️ Donald Tramp hücumlardan əvvəl məlumatlı olduğunu, lakin hərbi cəhətdən iştirak etmədiyini deyib və İranın danışıqlara qayıtmasını arzuladığını bildirib
▪️ ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, “ABŞ bu hücumlarda iştirak etmir, əsas məqsədimiz bölgədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməkdir”