Sionist rejimin hücumları Cenində müqavimət dəstələrinin qarşıdurması ilə nəticələndi

İnformasiya qaynaqları Cenində fələstinli mübariz gənclərin sionist rejim hərbçiləri ilə qarşıdurma yaşadıqlarından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim hərbçiləri bu gün səhər ( 14 oktyabr) İordan çayı qərb sahilinin Cenin düşərgəsinə hücum edib.

Məlumatda deyilir: Sionistlər Cenin düşərgəsinin müxtəlif bölgələrinə basqında fələstinli müqavimət dəstələrinin qarşıdurması ilə cavablandırılıb.

Deyilənlərə görə dünən gecə saatlarından başlayan bu qarşıdurma hələ də davam edir və sionistlər evlərə hücum edib günahsız insanları güllələyir, kişiləri həbs edirlər.

Nablosda həbs edilmiş Həmasın komandanlarından olan və Məlumata görə, yeni həbsxanadan azad olmuş Adnan usfur və Əhməd Ovad yenidən həbs edilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur