Sionist rejimin hərbi hissə istehsal edən zavodları kiber dəstək cəbhəsinin amansız zərbələri altındadır

Kiber Dəstək Cəbhəsi son əməliyyatında sionist rejimin hərbi hissə istehsal edən zavodlarını kiber hücumla hədəfə alıb.
Qafqaz Times -ın məlumatına görə, Kiber Dəstək Cəbhəsi son aksiyasında “Bzmt” və “Carso Metal” zavodlarının infrastrukturuna kiber hücum edərək istehsal xətlərini sıradan çıxarıb və 6 terabaytdan çox həssas və məxfi məlumatı ələ keçirib.

Mütəxəssislər tərəfindən yayımlanan sənədlərin araşdırılması göstərir ki, bu zavodlara kiber nüfuz açıq-aydın təsdiqlənir və diqqətçəkən məqamlardan biri də Avropa və Amerika şirkətlərinin Qəzzada soyqırım məqsədilə kütləvi qırğın silahlarının istehsalı üçün sionist rejimlə əməkdaşlıq etməsidir.

Bu cəbhə bəyanatında bildirib ki, sionist rejimin ordusu üçün hərbi hissə istehsal edən bütün şirkət və istehsalçılar Kiber Dəstək Cəbhəsi üçün qanuni hədəf sayılır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib