Sionist rejimin gələcəyi qaranlıqdır

Həmas Hərəkatı siyasi bürosunun üzvü qəsbkar sionist rejimin gələcəyinin qaranlıq olduğunu deyib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Səlah Əl Bərdəvil bu gün (14 iyul)  sionist rejimin çirkin və qaranlıq gələcəyinə işarə edərək deyib: Onların cinyətləri və Qərb sahilində Fələstin xalqından qorxusundan mənşələnən səhv qərarları sayəsində məhvə məhkumdur.

S.Əl Bərdəvil Həməsın daim müqavimətə dəstəyini vurğulayaraq deyib: Cenində müqavimət dəstələri nizə başındadır və bugünkü hadisələr böyük bir partlayışın müqəddiməsidir.

Əl Bərdəvil həmçinin qeyd edib: Qərb sahili 2007-ci ildən bəri Fələstin muxtariyyətinin, işğalçıların və sionist qəsəbə sakinlərinin təzyiqləri altında olub. Cenin bu gün oxun ucudur. Milyonlarla fələstinli onun ardınca bizim ərazilərin azad edilməsinə doğru hərəkət edəcək.

O, bir daha təkid edib ki, Qəzzə qərb sahilindəki müqaviməti himayə edir. Cenindəki müqavimət döyüşçülərinin fəaliyyətləri və Cenində baş verənlər fələstinlilərin İsrail rejiminin cinayətlərinə qarşı artmaqda olan emosiyalarının təbii inkişafıdır.

Related posts

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur