Sionist rejimin daxili çaxnaşmalarını sakitləşdirmək üçün Bayden də işə girişdi

Sionist rejimin daxili çaxnaşmalarını sakitləşdirmək üçün Bayden də işə girişdi

ABŞ prezidenti bəyanat yayaraq işğal olunmuş torpaqlardakı daxili çaxnaşmaları böhranlı adlandıraraq sionist rejim baş nazirindən “məhkəmə islahatı” layihəsini dayandırmasını istəyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Co Bayden dünən (23 iyul) informasiya portalına verdiyi bəyanatında baş nazir Benyamin Netanyahudan Knessetin məhkəmə islahatı layihəsini dayandırmasını tələb edib.

Bayden bəyanatda Vaşinqtonun bu məsələdən nigaran olduğunu deyib.

Baydenin fikrincə sionist rejimin siyasi vəziyyətinin günü-gündən gərginləşdiyi, daxili müharibə astanasında olduğu bir zamanda Netanyahu kabineti “məhkəmə islahatı” layihəsinin təsdiqlənməsində israrı daha çox konfliktlərin açılmasına gətirib çıxaracaq.

Bəyanatda vurğulanır: İsrailin böhranlı vəziyyətlə əlbəyaxa olduğu bir vaxtda Tel Əvivin bu layihəni təsdiqləməsinə tələsməsi məntiqsizdir və əsas məqsəd etirazlara son qoyub ümumi rəyi nəzərə almaq lazımdır.

Xatırladaq ki, etiraz aksiyalarının Tel Əviv, Həyfa, Reanana və digər şəhərlərdı şiddətlənməsinə rəğmən Knesset bu gün (24 iyul) bu layihəni təsdiqləmək qərarını verib.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur