Sionist rejimin bir komandiri yaralandı

Sionist rejimin bir komandiri yaralandı

Sionist rejim ordu radiosu Livanın cənub sərhədlərində yüksək rütbəli bir komandirinin yaralanmasından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (2 noyabr) Livanın cənub sərhəd bölgəsində baş verən insdientdə general Ori Qorin yaralanıb.

Məlumata görə, general Qorinin avtomobili hərbi əməliyyata hazırlıq zamanı naməlum səbəblər üzündən qəzaya uğrayıb.

Bəzi medialar Ori Qorinin yaralanma səbəbinin sual doğurduğundan yazırlar.

Qeyd edək ki, sionist rejim ordusu bazar ertəsi günündən etibarən Livanın cənub sərhədlərində geniş hərbi əməliyyatlara başlayıb.

Livan müqavimət dəstələri bu əməliyyatlara sükutla cavab vermir, hücumdan bilafasilə sonra sionist qəsəbələrə və hərbi bazalara raketlər atırlar.

İsrail KİV-ləri Hizbullah raketlərinin əlindən böyük itkilərə məruz qaldıqlarını, ciddi xəsarətlər gördüklərini etiraf edirlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur